Mən gəlirəm

Çox yaxında fəaliyyətə başlayacaq olan bu bloqda ictimai, siyasi, ədəbi və mədəni fəaliyyətlərim öz əksini tapacaqdır. Hər kəsdən bu bloqu izləmək və bloqa dəstək olmaq xahiş olunur.

İndisə gəlin tanış olaq:

Mən Elşən Xankərəm oğlu İsmayılov 1991-ci il yanvarın 9-u Azərbaycan Respublikası Şirvan şəhərində anadan olmuşam. 1997-ci ildə Şirvan şəhəri E.B.İmanov adına 10 saylı orta məktəbə daxil olmuş, 2008-ci ildə oranı bitirmişəm. 2009-cu ilin aprelində həqiqi hərbi xidmətə çağırılmış, Naxçıvan MR. Naxçıvan şəhərində 18 ay həqiqi hərbi xidmət etmiş, 2010-cu il oktyabr ayında ehtiyata buraxılmışam.

Məktəbdə oxuduğum illərdə və orduda xidmət etdiyim vaxt ictimai tədbirlərdə iştirak etmiş, özəlliklə milli bayramlarımız və dövlət əhəmiyyətli günlərdə keçirilən tədbirlərdə fəallıq göstərmişəm. 9-cu sinifdən məktəbi bitirənə qədər məktəb təşkilatında fəaliyyət göstərmiş və Şirvan şəhər Mədəniyyət və Turizm şöbəsinin Xalq Teatrı kollektivində aktyor və rejissor köməkçisi olmuşam.

2012-ci ildə Bakı Kompüter Kollecinə daxil olmuş, 3 il ərzində “İnformatika Müəllimliyi” fakültəsində təhsil almış, 2015-ci ildə oranı bitirmişəm.

Kollecdə təhsil aldığım müddətdə Kollecin Tələbə Gənclər Təşkilatında və ATGTİ-də (üzv olaraq) fəaliyyət göstərmişəm. Fəaliyyətim zamanı Təşkilat nəzdində “vətənpərvərlər klubunu” təsis etmiş, Kollec daxilində vətənpərvərliyi təbliğ edən 5 tamaşa-səhnəcik – “Bayraq Müqəddəsdir” (Bütöv Azərbaycan) , “Kitabi-İrfani-Həyat”, “Vətən eşqi (X. Nətavan)”, “Ağa Məhəmməd Şah Qacar” və “Xilaskar” (əsərlərin ssenari müəllifi və səhnələrin rejissoru özüm olmuşam) hazırlamış, 2 milli mövzuda hazırlanan müsabiqədə iştirak etmişəm.

Tələbə Gənclər Təşkilatında öncə (birinci kursda) Mədəniyyət və Turizm departamentində “sədr müavini”, sonra 2 il (Kolleci bitirənə qədər) “sədr” vəzifəsində çalışmışam. Kollecin son aylarında bir müddət keçici olaraq “Təşkilatın sədr müavini” olmuş, keçirilən “Təşkilat sədri” seçkilərində iştirak etmişəm.

2013-cü ildən eyni zamanda milliyyətçi və vətənpərvər təşkilat olan MGT-yə üzv olmuş, bir il orada fəaliyyət göstərmişəm. Fəaliyyətim zamanı milli mövzuda 2 tamaşa hazırlamış, milli-mədəni tədbirlərdə fəal iştirak etmişəm.

MGT-də “Mədəniyyət və Turizm departamentinin sədri” vəzifəsində çalışmışam.

2014-cü ildən milli təşkilat Bütöv Azərbaycan Ocaqlarının (BAO) üzvüyəm. BAO-nun nəzdində olan “Gənclər Təşkilatının” sədr müavini, “BAO TV” internet (Youtube) kanalının və Mədəniyyət Şöbəsinin rəhbəriyəm.

BAO üzvü olan zamandan milli təbliğatın mədəni üsulla inkişafına önəm vermiş, milli dirçəliş, vətənimizin bütövlüyü (Bütöv Azərbaycan) və milliyyətçilik (Türkçülük-Turançılıq) mövzusunu əhatə edən 2 həvəskar, tammetrajlı film (“Bozqurdun İntiqamı” və “Diriliş Ergenekon”) və bir qısametrajlı film (“Vətən Bayraqdır, Bayraq Namusdur!”) çəkmişəm. Hal-hazırda eyni mövzuda 4-cü və 5-ci filmimi (“Kod adı Bozqurd” və “Yalquzaq”) çəkməyə hazırlaşıram.

Ayrıca təşkilatın hazırladığı bir sıra milli-mədəni tədbirlərdə iştirak etmiş, milli aksiyalarda fəallıq göstərmişəm.

2003-cü ildən müxtəlif mövzularda (əsasən milli) şeirlər, pyeslər, dram əsərləri yazıram. Bir çox şeirlərim bəzi qəzet və jurnallarda dərc olunmuşdur.

3 ildir Özəl Mühafizədə çalışıram. Ailəliyəm. Övladım yoxdur.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s