“Müasir məmurlar, tarixdəki xanları əvəz edir”- Exobaku.com-un müsahibəsi

ORJİNALINI ExoBaku.com-DAN OXUYUN

mən yeni stil bozqurd1

Müsahibimiz  Elşən İsmayıl 1991-ci il 9 yanvarda Şirvan şəhərində anadan olub. Bakı Kompüter Kollecində təhsil alıb və oxuduğu illərdə “Vətənpərvərlər Klubu”nu təsis edib. Həmin illərdə həmçinin  5 tamaşa-səhnəcik – “Bayrağımız Müqəddəsdir” (Bütöv Azərbaycan), “Vətən eşqi” (X. Natəvan), Kitabi-İrfani-Həyat”, “Ağa Məhəmməd Şah Qacar” və “Xilaskar” adlı ədəbi-bədii kompozisiyalar hazırlayıb. Hazırda Bütöv Azərbaycan Ocaqlarının (BAO) üzvüdür.  BAO-nun nəzdində olan “Gənclər Təşkilatının” sədr müavini və Mədəniyyət Şöbəsinin rəhbəridir. BAO daxilində vətənimizin bütövlüyü (Bütöv Azərbaycan) və milliyyətçilik (Türkçülük-Turançılıq) mövzusunu əhatə edən 2 həvəskar, tammetrajlı film (“Bozqurdun İntiqamı” və “DirilişErgenekon”) və bir qısametrajlı film (“Vətən bayraqdır, Bayraq Namusdur!”) çəkib.

Millətçilik sizin üçün  nə deməkdir?

Millətçilik mənim üçün hər şeydən öncə sevib-saydığım və müqəddəs bildiyim bütün dəyərlərin ayrıca bir sistemidir. Millətçiliyə bəzilərindən fərqli olaraq irqçilik və ya etniksəl anlamda yanaşmıram. Hesab edirəm ki, bu, daha çox özünü qoruma refleksidir. Yəni, müqəddəs bildiyim dəyərlərin heç bir şəxs və ya  qüvvələr tərəfindən aşağılanmasına, alçaldılmasına və anti-təbliğatına yol verməmək üçün yaradılmış bir milli mühafizə sistemidir. Müqəddəs dəyərlər hər şeydən öncə vətənim, dövlətim, bayrağım, millətim, milli rəmzlərim, tarixim, mədəniyyətim, milli kimliyim, dövlət strukturlarım, millətimin sosial, eyni zamanda milli qayğıları və arzuları, dini inanc sistemim və s. məsələlərdir.Milli Mühafizə Sistemi deyəndə isə, hər bir türkün özünü bir şəxsiyyət kimi dərk etdiyi vaxtdan, doğru bildiyi hər şey üçün içgüdüsəl (instinkt) anlamda apardığı mübarizə üslubudur.  Özü üçün formalaşdırdığı dəyərlər sistemi və onların qorunma taktikası, bütün xalq tərəfindən ortaq qəbul edilən ümummilli dəyərlərin qorunması və yaşadılması qaydalarıdır.

Azərbaycan gənclərini millətçi hesab etmək olarmı?

Əlbəttə ki, bütün gənclik toplumu haqqında dəqiq bir fikir söyləmək bir az çətindir. Amma Azərbaycanda hal-hazırda gənclərin nə dərəcədə və hansı sayda millətçi olması haqqında bir şey deyə bilərəm ki, Azərbaycanda kifayət qədər vətənini, millətini, milli dəyərlərini sevib-sayan gənc var.  Onların müəyyən qədəri, sözün həqiqi mənasında millətçidir. İndiki şəraitdə isə onların sayının  çox olmamasının da bir çox səbəbləri var. O səbəbləri isə dərindən araşdırmaq, təhlil etmək, bu mövzuda ortaya çıxan problemləri həll etmək, nəticədə yeni milli strategiyanı formalaşdırmaq öncəliklə dövlətimizin, sonra biz millətçilərin əsas iş prinsipi olmalıdır. Çünki dövlətimizin və millətimizin uğurlu gələcəyi bilavasitə bundan asılıdır.

Necə hesab edirsiz, Sovet  ideologiyasından qurtulmuşuqmu?

Sovet ideologiyasından ümumi anlamda qurtulmuşuq. Amma dövlətimizin ayrı-ayrı strukturlarında, müəssisələrində, institutlarında və xalqın cəmiyyət həyatında, sosial bazasında, ümumi yaşam tərzində sovet ideologiyasının qalıqlarını, ayrı-ayrı elementlərini görmək olur.

Bunun bir çox səbəbləri var. Əsas səbəblərindən biri, hələ də vaxtilə sovet ideologiyası ilə yetişdirilmiş, böyümüş, boya-başa çatmış və həyatının çox hissəsini məhz bu ideologiyaya həsr etmiş, bu ideologiya sərhədləri daxilində yaşamış orta yaşlı nəslin mövcud olmasıdır.  Onların topluma və dövlət strukturlarına fiziki-psixoloji təsiri, eyni zamanda  sovet qayda-qanunlarının idarəetmə sistemlərində hələ də davam etdirilməsidir.

Sovet ideologiyasından tamamən qurtulmağın və ümumiyyətlə dövlət və millət olaraq bu vaxta kimi qarşılaşdığımız bütün problemləri həll etməyin yeganə yolu və ən vacibi, məncə, “Ümummilli Təbliğat Sistemi”ni təşkil etmək, yəni Ümummilli Təbliğat Nazirliyini təsis etməkdir. Belə düşünürəm ki, cəmiyyətimizdə və dövlət strukturlarımızda, icraedici və qanunverici, məhkəmə, habelə hüquq-mühafizə orqanlarımızda baş verən üzücü hadisələrin, özbaşınalıq, məsuliyyətsizliklərin və sairə bu kimi bir sıra problemlərin tək səbəbi bu vaxta qədər vahid və mərkəzləşmiş maarifləndirmə sisteminin, yəni “Ümummilli Təbliğat Nazirliyi” olmamasıdır.

“Ümummilli Təbliğat Nazirliyi”nin əsas iş prinsipi və məqsədləri isə toplumun sosial, mənəvi həyatından tutmuş, dövlət və ictimai strukturlarımızın idarəetməsinə qədər bütün məsələlərdə vahid maarifləndirmə qaydalarını təbliğ etmək, sadə sözlə desək, xalqa və dövlətə doğrunu, səhvi anlatmaq və hər şeyi ümummilli dəyərlər və prinsiplər əsasında qurmaq, formalaşdırmaq, bu uğurda yeni və ciddi addımlar atmaq və gələcəkdə bu sistemi idarə edəcək yeni, milli kadrlar yetişdirmək olmalıdır.

Azərbaycanla Ermənistan arasında 2-5 aprel tarixlərində baş tutan “Dördgünlük müharibə”ni  necə qiymətləndirirsiniz?

Əvvəla onu deyim ki, çox sayda şəhid verdiyimizi və bu ərəfədə xarici qüvvələrin dövlətimizə etdiyi siyasi təzyiqləri nəzərə almasaq, demək olar ki, bu dönəm Azərbaycanda yeni milli oyanışın, milli dirçəlişin  və vətənpərvərliyin inkişafı açısından, özəlliklə də gənclərin vətənpərvərliyə, millətçiliyə doğru maraq dairəsinin artması baxımından çox uğurlu nəticələrlə yadda qaldı. Həm də dövlətin siyasi perspektivinin və gücünün səviyyəsi göz önünə çıxdı.

Azərbaycan bir daha sübut etdi ki, xarici müdaxilə olmazsa, istənilən vaxt işğal olunmuş torpaqlarımızı erməni terrorçularından azad edə, bölgədə hər hansı dövlətə siyasi və hərbi güc nümayiş etdirə bilər. Sırf dəqiq hesablanmış xarici siyasətimiz hesabına deyə bilərəm ki, Azərbaycan bu ərəfədə düşmənindən qat-qat güclü olduğunu, gənc dövlət olsa da oturuşmuş siyasi iradəsini və ordumuzun 20 il öncəki pərakəndəlik və zəiflik problemlərini həll etdiyini, dəfələrlə  gücləndiyini göstərdi.

Qərbin və Rusiyanın eyni anda siyasi təzyiqinə baxmayaraq, Azərbaycan, onun üçün öncədən hazırlanmış bütün oyunları alt-üst etdi. Öz milli iradəsini və siyasi mövqeyini bir daha ortaya qoydu, dövlətlə xalqın bir-birinə daha da yaxınlaşmasına zəmin yaratdı.

Azərbaycanı xanlar parçaladı, yoxsa məmurlar?

Bu suala belə cavab verə bilərəm ki, Azərbaycanda hal-hazırda daxili siyasətdə bir sıra problemlər özünü göstərməkdədir. O problemlərin də ən böyüyü və dövlətimiz üçün təhlükəlisi məmur özbaşınalığıdır. Onu da qeyd edim ki, bu problem məhz indi yaranmayıb, tarixən bizdə olub.

Tarixə qısaca nəzər salsaq görərik ki, dünyada bir çox fəsadlar törətmiş feodalizm sistemi bir sıra Qərb ölkələrinə nisbətən Şərqdə, o cümlədən Azərbaycanda daha çox (16 əsr – 3-19-cu əsrlər) hökm sürüb. Əlbəttə ki, bu rejimin xalqımızın genefonduna təsiri də böyük olub. Bu təsir özünü tarixin müxtəlif mərhələlərində hökmdar köməkçilərinin və əyalət hakimlərinin (xanların, bəylərin, soltanların, qazilərin və s.)  özbaşınalıqlarında, mənəm-mənəmliyində, mərkəzdən qaçma siyasətində və hakimiyyət çəkişmələrində göstərib.

Zarafat deyil, nə az-nə çox 16 əsr hökm sürən feodalizmin təsiri, əlbəttə ki, cəmi yüz il öncə meydana çıxmış və qısa müddət hökm sürmüş demokratiya anlayışına qarşı daha güclüdür.  Nəzərə alsaq ki, yalnız hazırki yüksək rütbəli məmurlarımızda deyil, bir sıra xırda təşkilat, müəssisə rəhbərlərində də bu təsir özünü büruzə verməkdədir, o zaman demək olar ki, müasir məmurlar tarixdəki xanları əvəz edir. Və onların hələ bizə xırda görünən bəzi qeyri-qanuni hərəkətləri zaman-zaman çoxalaraq ümummilli problemə gətirib çıxaracaq. Belə olan təqdirdə hesab edirəm ki,  Azərbaycan 4 əsr öncə olduğu kimi yenidən xanlıqlara parçalanma təhlükəsiylə üzləşəcək. Ona görə dövlət idarəetmə aparatı indidən bütün ehtimalları nəzərə almalı və lazımi tədbirləri görməlidir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s