Bu sәs dәrddәn coşan ürәyimin sәsidir…-MANERA.AZ-IN YAYIMI

Bu sәs dәrddәn coşan ürәyimin sәsidir...
MANERA.AZ Elşən İsmayılovun şeirlərini təqdim edir:QALX AYAĞA, AZӘRBAYCAN!

Bu gecә dә yata bilmirәm,
Edir fikir başda tüğyan,
Fikri başdan ata bilmirәm,
Qalx ayağa, Azәrbaycan!Dünya mәnә olubdur dar,
Narahatam, qәlbim qubar.
Olub hamı sәnә düçar,
Qalx ayağa, Azәrbaycan!

Verdiklərin mәhәbbәtdir,
Qazandığınsa nifrәtdir,
Demә ki bu, bu qismәtdir,
Qalx ayağa, Azərbaycan!

Nә vaxt ki sәn yatmış idin,
Başı nәyә qatmış idin?
Bax o vaxtı batmış idin,
Qalx ayağa, Azәrbaycan!

Tәriqәtә haçalandın,
Dövlәtlәrә parçalandın,
Hәddәn artıq çox yıprandın,
Qalx ayağa, Azәrbaycan!

Dövlәt qurdun – Cümhuriyyәt,
23 ay vә nәhayәt
Süqut etdi, dedi millәt,
Qalx ayağa, Azәrbaycan!

Düz yetmiş il sәn qәfәsdә
Bir quş oldun, hәm dә xәstә.
Fikir vardı hәr bir kәsdә,
Qalx ayağa, Azәrbaycan!

88 ilimdә sәn
Tez oyandın, qәfil, birdәn.
Sәs gәlirdi hәr bir yerdәn,
Qalx ayağa, Azәrbaycan!

90’larda oldun sipәr,
Sәn göstәrdin әsl hünәr.
Qarabağdan gәldi xәbәr,
Qalx ayağa, Azәrbaycan!

Sәnә cavab verdi düşmәn,
Tәlә qurdu, düşdün hәmәn.
Dilә gәldi qaya, çәmәn,
Qalx ayağa, Azәrbaycan!

Övladların şәhid oldu,
Çiçәklәrin rәngi soldu,
Buludların gözü doldu,
Qalx ayağa, Azәrbaycan!

Torpağını almaq üçün
Avropaya sәs saldın dün,
Nәticәsi yoxdur bu gün,
Qalx ayağa, Azәrbaycan!

İmzalandı boş bir varaq,
Konfransda boş qanacaq,
Bilmәm nәdir axı maraq,
Qalx ayağa, Azәrbaycan!

***
Türk dünyası ilә qoşa
İrәli get, sәn dә yaşa.
Var olmaqçün başdan başa,
Qalx ayağa, Azәrbaycan!

YURDUM

Azərbaycan, işıqlısan, genişsən.
Yerin, havan, suyun, odun uludur!
Sən Türk dünyasında sanki günəşsən.
Elin, oban, sənin adın uludur!

Saya gəlməz dağın, gölün, ormanın,
Çiçəklərin dərmanıdır hər canın.
Odlar yurdu, şanlı Azərbaycanım,
Hər qəzəlin, şeiriyyatın uludur!

Azərbaycan can vermişik adına,
Nə xoşbəxtdir tutuşanlar oduna.
Çəkilən dağlar düşürmü yadına?
Sənin bağrın, afitabın uludur!

SEVİN AZƏRBAYCANI!

Dinlə məni, ey ulu xalqım,
Dinlə kiçik, bir quru canı,
Varmı, mənim bir sözə haqqım,
Sözüm budur, sevin Azərbaycanı!

Axı, niyə sevməliyik bu vətəni?
Canımızdan da artıq bu ölkəni,
Çün o qədər qiymətlidir, yəni
Olmalıyıq biz vətənin qurbanı,
Sözüm budur, sevin Azərbaycanı!

Çün bu vәtәn sevimlidir, şirindir.
Bulaqları, dağ havası sәrindir.
Bu vәtәnin mәnaları dәrindir.
Bir hikmәtdir, düşündürür insanı,
Sözüm budur, sevin Azәrbaycanı!

Bu yurdda çoxlarının izlәri var,
Bu yurdda Koroğlunun, Babәkimin hünәri var.
Yurdumun Qoşqarı var, Göygölü var, Xәzәri var.
Gәlәn olur bax bu yurdun heyranı,
Sözüm budur, sevin Azәrbaycanı!

Söz deyilәr, yadda qalar,
Çıxsa şair yada salar.
Söz bir qәlbdә tufan olar.
Budur mәnim qәlbimin dә tufanı,
Sözüm budur, sevin Azәrbaycanı!

AZADLIĞIN SӘSİ
(Haqqın səsi)

Yağış yağır, hava tutqundur, amma
Bu gәlәn sәs, ildırım sәsidir sanma!

Bu gәlәn sәs, dәrddәn coşan ürәyimin sәsidir,
Bu gәlәn sәs, ağlar qalan anaların nalәsidir.
Bu gәlәn sәs, Çәnlibeldә qılınc vurub,
Paşalara divan tutan Koroğlu nәrәsidir.
Bu gәlәn sәs, mәğlub olan düşmәnlәrin son nәfәsidir.
Bu gәlәn sәs, mәsum olan bir çocuğun gülmәsidir.
Bu gәlәn sәs, yamanlara tufan olan,
Yaxşılara bit meh kimi bir külәyin әsmәsidir.
Bu gәlәn sәs ömür boyu hәr basqıya dözüb
İndi üsyan edәn bir xalqın sәsidir.
Bu gәlәn sәs azadlığa, haqqa çatan Azәrin sәsidir.
Bu gәlәn sәs ol bәşәrin vuruşduğu
Bir haqqın sәsidir, azadlığın sәsidir!

“YANIRAM ŞAH SEVDASINA…”
(Könüllər sultanı şah Xətaiyə)

Yanıram Şah sevdasına,
Bir “Qibləgah” sevdasına.
Başqa sevgi yox qəlbimdə,
Tək o Şah var ürəyimdə.
Sevgim tək o Şah sevgisi,
Uca Qibləgah sevgisi.
Odur qibləm, ibadətim,
Tək onadır məhəbbətim.
Can verərəm Pirr yolunda,
Ona qurban bu qanım da.
Həyatımı həsr eylərəm,
Uca Şah üçün ölərəm.
Kimsə bilməz bu sevgini,
Kimsələr anlamaz məni,
Heç bir varlıq girə bilməz
Mənlə Şahın arasına.
Tək mənəm ki, yanıram mən,
Uca Şahın sevdasına.
Bu sevgi bir gülə bənzər,
Mən də bülbül gülə aşiq.
Mənə gərək deyil dilbər,
Mənəm Uca Şaha aşiq.
Canım qurban olsun ona,
Yalvarıram Tanrıma,
Bu sevgim qoy sönməz olsun.
Tanrımdan tək diləyim,
Ölüncə onu sevəyim.
İstəməm ayrı sevgili,
Şah yerinə heç bir kəsi.

ULU ÖNDƏR RƏSULZADƏ

Adın ilə başlar adım,
Şanlı vətən Azərbaycan,
Sən Ulusan əzəldən bil,
Ulu Öndər Rəsulzadə.

Doğru zaman, doğru məkan,
Sənin doğulduğun andır.
Millətimin öz bayrağı
Adın ilə dalğalandı…

Keçdi zaman, keçdi illər
Neçə-neçə dövr bitdi.
Unutmadı səni ellər,
Adın ilə gəldi, getdi…

Bir kərə yüksələn bayraq,
Bir daha enməz, dedin,
Cümhuriyyət qurmaq üçün
Gəncliyini fəda etdin.

23 ay çəksə də ki
Çox böyük bir uğurdu bu,
Millətimə azadlığı daddırmısan
Doğrudur bu…

Əsl vətən sevdalısı
O vaxt səndin, elim bilsin.
Bütöv Azərbaycanımın
Qoydun sən bünövrəsin.

O tay-bu tay Azərbaycan
Eşqin ilə alovlandı,
Səndən sonra, Böyük Öndər,
Vətən qalxdı, xalq oyandı.

Sovet gəldi, qan gölünə
Çevrildi Azərbaycanım,
Amma bildi işğaldı bu,
Oyanmışdı xalqım mənim…

Mühacirət həyatında
Sürdü sənin mübarizən,
Xaricdəki soydaşlarım
Xəbər tutdu vətənindən.

Birləşdi, təşkilatlandı,
Rəhbərliyin altında xalq.
İllərlə mübarizədən
Çəkinmədi, savaşdı xalq…

70 ilə sinə gərdik,
Dəfələrlə üsyan etdik.
Ölümün gözünə dik
Biz baxaraq azad olduq…

88, 90, belə
Zaman keçdi dərin-dərin.
Böyük çətinliklər ilə
Müstəqillik qazandıq biz…

İndi sənin al bayrağın
Başım üstə dalğalanır.
Cümhuriyyət bünövrəsin
Sən qoymusan, hamı bilir.

Kimlər isə danır bunu,
Onlar xain, müftəxordur.
Azərbaycan adı ilə
Sənin adın yanaşıdır…

Odlar yurdu, məmləkətim,
Sənin eşqin, zəhmətindir.
Bu dünyaya Türk adın
Sən tanıtdın, bu dəqiqdir…

Demokratik qanunları
Gətirmisən Şərqə sən ilk.
Qadınların seçki səsin
Yaratmısan dünyada ilk…

Sən elə bir qüvvəsən ki,
Əsrlərə yetər adın.
Təhsilimi, səhiyyəmi,
Ordumu ilk sən yaratdın…

İndi rahat-rahat gəzib
Nəfəs alıramsa yurdda
Yalnız sənin zəhmətindir,
Dövlətim var Uca adda…

Ulu Öndər Rəsulzadə,
Turan elin başbuğusan.
Yüzlərlə qəhrəmanımın
Peyğəmbəri, Allahısan…

Səndə Alp Ər Tonqa gücü,
Şah İsmayıl qeyrəti var.
Səndə Teymur ədaləti,
Çingiz Xanın heyrəti var.

Sənsən Oğuz Xanım mənim,
Sənsən Səlcuq, Alparslanım,
Sənsən Uca Sultan Baybars,
Sənsən Uca Şah Həsənim…

Saymaq ilə qurtarmazdır
Qeyrətli oğulları vətənin,
Əminəm ki köksü rahat,
Çünki sən tək oğlu vardır…

Azərbaycan, Azərbaycan,
Adın ilə yaşayıram.
Ulu Öndər Rəsulzadə
Fəxrlə irs daşıyıram…

AĞLASAM NӘ FAYDA…
(Dünyanın hakimlərinə)

Dinlәmәzsәn, bizi sәn “lal” sanarsan,
Qulaqların duymaz, sorsam nә fayda.
Tanımazsan sәn heç kimi, heçә sayarsan,
Ağlasam nә fayda, sorsan nә fayda.

Pulu görcәk sәn yolunu azarsan,
Bilmәdәn öz qәbrini qazarsan,
Haqqın istәyәnә cәza yazarsan,
Ömrüm bitincә qalsan nә fayda.

Vәtәnә, millәtә el etdin bizi,
Zәhәrlә әritdin, sel etdin bizi.
Bütün sәfillәrә qul etdin bizi,
Qurursuz canımızı alsan nә fayda.

Bizi mәhkum etdin duyğusuzlara,
İnsanı sevmәyәn sayqısızlara.
Hәrşeyi buraxıb qayğısızlara
Qanad açıb “mәlәk” olsan nә fayda.

Mәhv etdin bizi, illәrlә әzdin,
Deyәsәn işindәn axır ki bezdin.
Sakitmi, ya faciyәli çezdin,
Qәbrinә “bağ” saldırsan nә fayda.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s