Qondarma Dağlıq Qarabağ paçavrası-EXOBAKU.COM-UN YAYIMI

ORJİNALINI  EXOBAKU.COM-DAN  OXUYUN

yeni face profil (Bao mən)

 

Öncəliklə hər kəsin fikrini  bir ay öncəki hadisələrə, daha sonra mayın 8-i başlayan Avroviziya mahnı müsabiqəsinə çəkmək istəyirəm.

Hər kəsin bildiyi kimi hadisələrin gedişatı onu göstərdi ki, biz nə qədər stabil siyasət yeritməyə çalışsaq da, bəzi siyasi oyunlardan nə qədər yaxamızı kənar tutsaq da bədxah qonşularımız və onların hər zaman arxasında dağ kimi dayanan xristian dünyası daima bizi bu çirkin oyunlara, müxtəlif provokasiyalara çəkməyə çalışır. Düzdür tam olaraq niyyətlərinə nail ola bilməsələr də torpaqlarımızın işğalından bu yana keçən illər ərzində bizə qarşı müəyyən üstünlüklər əldə ediblər. Bunlar yalnız Qarabağ üzərindən bizə qarşı oynanan siyasi və iqtisadi oyunlar deyil. Bu üstünlüklərin ən böyüyü və bizə qarşı ən ağrılı olanı  ictimai- siyasi təbliğatdır ki, ona qarşı hər hansı bir önləm almaq müasir dövrdə haradasa müşkül məsələdir. Çünki internet dövrüdür, baş verən hər hadisənin xəbəri işıq sürəti ilə yayılır. Əlbəttə ki, yayılan hər hansı xəbər müxtəlif siyasi mövqeyə, hər hansı qüvvələrin şəxsi mənafeyinə xidmət etdiyi üçün onların yayılma taktikası, yayılma prosesi və yaradacağı yeni təsir bazaları da qabaqcadan, hətta o hadisənin baş vermə ehtimalından da öncədən planlaşdırılır və xüsusi hazırlıqla öz məqamını gözləyir. Onu da qeyd edim ki, ictimai-siyasi təbliğat hər hansı siyasi və hərbi gücdən daha sistemli, daha güclü və daha dəhşətli nəticələr törədə biləcək qədər fərqə sahibdir. Çünki təbliğatın törədəcəyi dəhşətli nəticələr hər hansı insan tələfatı, maddi itki və sairə  deyil. Bilavasitə bəşəriyyətin düşüncə sisteminin dəyişməsi, psixoloji durumunun deformasiyası və dolayısı yolla ən ağır yoluxucu xəstəlik qədər dərin köklərə sahibdir.

Bu neçə illər ərzində həm Qərb, həm Rusiya, həm də digər imperialist qüvvələr sırf öz şəxsi maraqları hesabına türk və islam dünyası ətrafında bir-birindən fərqli, bir-birindən dəhşətli siyasi oyunlar oynamağa başladılar. Bu oyunlar zamanı əlbəttə ki, dünyanın ən dəhşətli silahı – biz bir daha özümüzə gələ bilmədik. İctimai-siyasi təbliğatdan istifadə edərək insanların düşüncələrinə hökm etməyə, onların ruhlarını satın almağa, yaşayış tərzlərini belə müəyyən etməyə çalışdılar.  Bu oyunlar əsasən türk və islam aləminin müxtəlif regionlarını əhatə etdi.  Azərbaycanın payına isə Qarabağ düşdü. Bu ərəfədə bədxah qonşularımız da həmin siyasi güclərin şəxsi maraqlarından məharətlə istifadə edərək, öz xülyalarını gerçəkləşdirmək naminə onlar üçün oyuncaq olmağa razılıq verdilər. Əsasən xristian dünyasının iştirak etdiyi bu böyük oyunda qondarma Qarabağ başlıca vasitələrdən biri oldu. Məsələ o dərəcədə genişlədi ki, 23 ildən çox davam edən bu böyük oyunda biz də oynadılan tərəflərdən biri olduq. Öncə insan haqları deyə əl qolumuzu bağladılar, sonra siyasi və hərbi güclə bizi təhdid etdilər, daha sonra bu azmış kimi gözümüzün önündə düşmənimizə hər cür maddi və mənəvi dəstəyi verdilər. Amma bu da bitmədi.

Atom bombası qədər dəhşətli nəticələr törədən ictimai-siyasi təbliğatla bizi daha öncələr təsəvvürümüzə belə gətirmədiyimiz ilkəl, varoş, bəsit həyat tərzinə öyrəşdirdirlər. Özəlliklə bir dövlətin gələcəyi olan gəncləri siyasətdən, idarəçilikdən uzaqlaşdırmağın yollarını axtardılar. Tapdılar da. Bəli, həm də elə tapdılar ki, biz bir daha özümüzə gələ bilmədik. Özümüzdən uzaqlaşdıq. Tədricən özümüzü itirdik.

Qondarma Dağlıq Qarabağ  məsələsi elə-belə siyasət deyildi. Bizim üçün demək olar ki hər şey onun üzərində qurulmuşdu. Beləcə bu yazıq millətin düşüncəsi, milli arzuları kiçildi. Turan ideyasından Bütöv Azərbaycana, Bütöv Azərbaycandan Azərbaycançılığa və daha dar düşüncəyə endi bizim məfkurəmiz. Əli Bəy Hüseynzadələr, İsmayıl Qaspıralılar, Ziya Göyalplar, Məhəmmədəmin Rəsulzadələr, Əbülfəz Elçibəylər tədricən bizdən uzaqlaşdı. Bizim üçün artıq önəmli bir şey vardı, o da torpaqlarımızın 20 faizinin işğalı. Bir soran olmadı hansı torpaqlarımızın?

Bir soran olmadı, 5000 illik dəmir qapı Dərbəndinmi, yoxsa qədim Borçalınınmı, yoxsa bu gün gözü yaşlı, yolda qalan özümdən bir, canımdan bir Kərkükünmü, yoxsa qəhrəman hökmdar Ağa Məhəmməd Şah Qacarın  miras qoyduğu Tehranınmı, yoxsa qədim Oğuz diyarı, şeyxlər yurduƏrdəbilinmi, yoxsa əzəli və əbədi paytaxt diyar Təbrizinmi?!

Başımızı çox şeylə aldatdılar, çox şeylə qatdılar. O dərəcə qatdılar ki, bir Qondarma Qarabağ bizim üçün həyat məsələsi oldu. Yemədik, içmədik, ancaq inşallah bir gün Qarabağda dedik. Dedik də, amma bir şeyi unutduq, ən vacib şeyi, yalnız deməklə olmaz ki, bu işlər. Qışqırmaq, hayqırmaq lazım. Başımızı “Avroviziya” kimi saxta əyləncələrlə qatan sistemi, dövranı, oyunları alt-üst etməmiz lazım. O Avroviziya ki, işğalçı Ermənistana “12”, torpağı işğal olunan Azərbaycana “10” bal verilir. İllərdir tanınmayan bir respublikanın bayrağı tribunalardan əskik olmur. Həm də buna geniş şərait yaradılır. Amma don geydirmək həmişəki kimi yaddan çıxmır. İcazəsiz aksiyaya müdaxilə edildi, səbəbkarlar öz layiqli cəzasını alacaqlardeyə yenə başımızı aldatmağa çalışır bu saxta demokratlar. Görünən o ki, onları da avtoritar diktatorlar kimi maraqlandıran sadəcə öz planlarıdır, bizlər üzərində qurduqları oyunlarıdır.

Əlbəttə bütün bunlara baxmayaraq biz ruhdan düşməməliyik. Dosta arxa durmalı, düşmənin gözünə dik baxmalıyıq. Bizə təbliğ edilən saxta, ilkəl həyatdan qaçmalıyıq. Millətə, milli dəyərlərə, milli iradəyə köklənməliyik. Şəxsi mənafeyi, feodalist mənəm-mənəmliyi, bolşevik gözü-götürməməzliyi və sairə kənara qoyub bir-birimizə daha da yaxın olmalıyıq. Düşmən tribunalardan paçavraları, əskiləri assa da biz öz müqəddəs bayrağımızla və müqəddəs dəyərlərimizlə onlara qalib gəlməliyik.

Buradan bütün millətçilərə, bütün milli və siyasi partiya və təşkilat rəhbərlərinə səslənirəm, vətənin bu keşməkeşli dönəmində gəlin bütün mövzuları kənara qoyaq, xalqı ancaq bir amala – milli birliyə, bütövlük ideyasına, ümummilli oyanışa səsləyən çıxışlar edək, bu yöndə addımlar ataq. Yoxsa sonra gec olacaq, bəlkə də artıq iş işdən keçibdir. Bir də görəcəksiniz ki necə deyərlər lələ köçüb, yurdu qalıb.Susmayın, əsla susmayın, haqqı görün, göstərin, bu uğurda gərəkirsə can verin. Amma susmayın! Bu vaxta qədər edilən heç bir təbliğata, oynanan heç bir oyuna aldanmayın. Sizi gün üzərinizə düşərkən böyüyən kölgəniz deyil, gecə olduğu zaman yalnız qaldığınızda hənirtisini hiss etdiyiniz dərin ruhunuz narahat etsin. Qondarma Qarabağ probleminin, elə başqa hər şeyin çarəsi də sizdədir, sizin haqq, ədalət hayqıran səsinizdə…

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s