SÖYLƏ, ŞAMAN… / OLAYLAR.AZ-ın yayımı

Söyle, Şaman...

ORJİNALI BURADAN OXUYUN

Sən, ey yerdən, sən, ey göydən

Xəbər verən Ulu Şaman,

Söylə mənə, xəbər varmı,

Qutlu Ruhdan, Göy Tanrıdan?…

 

Söylə, Şaman, xəbər varmı,

Turan eldən, Savalandan,

Təbrizimdən, Tehranımdan,

Xəbər varmı, Ağrı dağdan?…

 

Xəbər varmı, Doğu eldən,

Batı eldən, o dünyadan,

Bu dünyadan, xəbər varmı,

Qılqamışdan, Oğuz Xandan?…

 

Söylə, Şaman, dastanımdan,

Qavalımdan, qopuzumdan,

Qılıncımdan, qalxanımdan,

Xəbər varmı, toppuzumdan?…

 

Novruzumdan, bayramımdan,

Adətimdən, heç bir zaman

Pozulmayan, həp yaşayan

Törəmdən, söylə, Şaman…

 

Söylə, Şaman, nədən səndən

Soruşuram, keçmişimi

Taleyimi, çün sən, mənim

Yaşatmısan tariximi, kimliyimi…

 

Bu gün sənə mən soruram,

Özəyimi, Türklüyümü,

Minillərdir səninləyəm,

Səndə tapmışam özümü…

 

Söylə, Şaman, Elşən sənə

Daha nələr sorsun, denən.

“Bütöv Azərbaycan” denən

Al bayraqlı Turan eldən?…

 

26 fevral 2017

 

 

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s