MƏN, HƏR KƏS DEYİLƏM… / Olaylar.Az-ın yayımı

Mən, hər kəs deyiləm...

ORJİNALI BURADAN OXUYUN

Mən, hər kəs deyiləm…

Salma adi xatirələrdə yada məni…

Düşünmə,

Haqqımda heç nə düşünmə…

Ağlama arxamdan,

Çıxma özündən mənə görə…

Mən, hər kəs deyiləm…

 

Mən, hər kəs deyiləm…

Fikrini sadələşdirmə,

Özünü ucuzlaşdırma,

Ruhunla cismini

Qarşılaşdırma…

Mən, hər kəs deyiləm…

 

Mən, hər kəs deyiləm…

Yalan danışma mənə görə

Kimlərəsə

Ağız açma…

Yazığın gəlməsin mənə,

Yox, istəmirəm arxamdan ağlayasan,

Aciz bilmə məni…

Mən, hər kəs deyiləm…

 

Mən, hər kəs deyiləm…

“Hamı belə deyir… Hamı elə düşünür…”

Bu fikirlər mənə aid deyil,

Yox,

Heç həyat da mənə layiq deyil…

Mən, hər kəs deyiləm…

 

Yalnızlıq ruhuma işləyib mənim,

Bəli…

Yalan istəyim deyil,

Amma danışıram,

Özüm, özüm olmağa

Çalışıram…

Mən, hər kəs deyiləm…

 

Mən, hər kəs deyiləm…

Qan tökmək istəmirəm,

Savaşmaq istəmirəm.

Sadəcə özüm olmaq,

Özüm kimi yaşamaq

İstəyirəm…

Mən, hər kəs deyiləm…

 

Mən, hər kəs deyiləm…

Xoşbəxtlik arzumdur,

Var-dövlət deyil.

Gözəllik arzumdur,

Eyş-işrət deyil…

Mən, hər kəs deyiləm…

 

Mən, hər kəs deyiləm…

Fikrimdə ancaq azad yaşamaq,

Bir quş kimi uçmaq…

Ucsuz-bucaqsız səmadan

Bu riyakar dünyaya baxmaq

İstəyirəm…

Gülümsəyirəm,

Həyatın acısına,

Ağına, qarasına…

Mən, hər kəs deyiləm…

 

28 fevral 2017

 

 

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s