Sənin o gözlərin… / SOZCU.AZ-ın yayımı

Sənin o gözlərin...

 ORJİNALI BURADAN OXUYUN

Sənin o gözlərin çıxmır yadımdan,

Elə hey baxıram rəsmlərinə.

O gözəl gözlərin çıxmır yadımdan,

Baxıram, baxıram bir az dərinə…

 

Ruhum ruhunla qovuşur sanki,

Bizim gözlərimiz təmas edəndə.

Qəlbimə nur seli axışır sanki,

Sənin gözlərini mən izləyəndə…

 

Gözlərin Tanrıdır bəlkə mənimçün,

Onların eşqiylə yazıb-yaratdım.

Xəyaldır, sanrıdır bəlkə mənimçün,

Onlarda xoşbəxtlik dünyasın tapdım…

 

Nə ağrım, nə acım, nə də dərdim var,

Gözlərin sağaldır hər bir yaramı.

Cənnətdə bilirəm hazır yerim var,

Gözlərin Tanrıtək duyur duamı…

 

O, nə işıq selidir, gözündən gəlir,

Qaranlıq dünyamı aydınladırsan.

De, bu gözəllik özündən gəlir?

Yatan duyğularımı sən oyadırsan…

 

Sənin o gözlərin taleyim olub,

Gecə də, gündüz də izləməkdəyəm.

Bir həyat kimi gərəyim olub,

Ömür tək yolunu gözləməkdəyəm…

 

Ey mələk, ey huri, ey canan, səs ver,

Səsimi eşit sən, gözlərimə bax,

Gözlərin mənimdir, durma, tələs, ver,

Sevgi öpüşüyəm, izlərimə bax…

 

Elşənəm, gözlərin dəlisiyəm mən,

Sevirəm, gözlərin gözəldir çünki.

Bu dəli dünyanın haqq səsiyəm mən,

Baxdığım o gözlər özəldir çünki…

 

13.03.2017

 

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s