DƏRVİŞ “NƏĞMƏLƏRİ”… / PERSONA.AZ-ın yayımı

22490090_1878687959108783_1780547444722005410_n

DƏRVİŞ “NƏĞMƏLƏRİ”…

ORJİNALI BURADAN OXUYUN

Döndüm sağa, döndüm sola,

Varmaq üçün Qutlu Yola,

Qutlu Ruhu dərk eylədim,

“Hü!” deyərək dola-dola…

Beş min ildir bu yoldayam,

Hey getsəm də, daldayam…

Xızır Sultan hamim olub

Onun üçün qaldayam…

Oğuz Xandır ulu babam,

Göy Tanrıdır ruhum, duam…

Mən tarixin sirriyəm,

Qam, Şaman, Qutlu Maqam…

Bil, Müqəddəs Qırxlaram mən,

Cəm aləmi, Yeddilərəm,

On İkilik şifrəm olub,

Səkkiz zolağ nur içrəyəm…

“Hü!”-yəm, “Ha!”-yam, “Hey!” də mənəm,

Taram, sazam, ney də mənəm,

Mən Dərvişlərin ruhuyam,

Həlal olan “mey” də mənəm…

Mənəm Tanrı həqiqəti,

Dörd Ünsürün rəvayəti…

Qüzey, Güney, Doğu, Batı,

Mən dünyanın hər cəhəti…

Şah mənəm, Dərviş mənəm,

Tanrı Əli, Nəsimiyəm…

Həllaci Mənsur ruhuyam,

Fəzlullahi Nəimiyəm…

Müqəddəs On İkilik mənəm,

Yaranışam, təbiətəm…

Mən Zülfüqar qılıncıyam,

Haqq əlində həqiqətəm…

Arslanam, Şah yanındayam,

Mürşid-kamil yolundayam,

Tanrı səsi – İsmayılam…

Türklüyün öz qanındayam…

Mən “Ənəlhəqq!” deyəndənəm,

Sufi, Hürufi, Maniçiyəm.

Mən Məzdəkəm, Xürrəmiyəm,

Mən Azərəm, Od içrəyəm…

Hürrəm, sərhədim yoxdur,

Yolum uzun, dərdim çoxdur…

Mən dünya malın neylərəm?!

Ruhum təki gözüm toxdur…

Mavi qaşlı üzük taxan,

Qələndər tək üzün yaxan,

Mavi gözlü Qurdu anan

Dərviş mənəm, Göyə baxan…

Dərviş mənəm, Göyə baxan…

8  DEKABR  2017

 

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s