GÖY TANRIYA SEVGİLƏRLƏ…

mən goy tanri

YAZININ MƏTBUAT VERSİYASI

Əlimdə var Göy bayraq,

Başım üstə Göy tanrı,

Dilim Göytürk dilidir!

Nə xəyaldır, nə sanrı,

Fikrim Türklük üçündür!…

 

Uca Tanrı Turanı

Atama miras etdi,

Atam qurdu dövlətin

Dünyanı xilas etdi

Zalımların zülmündən.

Gərək davam edim mən

Atamın niyyətini…

 

Var edim Türküstanı,

Birləşdirim Turanı,

Savaşım Göy bayraqla…

Ey Türk, gəl bir varaqla

Şanlı tarix səhifəni,

Bil, əzəl bir ülkü

Səni hər an gözləyir…

 

Qılıncım elmim olsun,

Sazım, sözüm inancım,

Əllərim Göyə doğru,

Mən Göy üçün yarandım…

 

Dərvişlər doğru söylər,

Bu dünya fani dünya,

Əzəl olan Tanrıdır,

Onun ruhu Turandır…

 

Tanrı üçün savaşaq,

Biz ədalət gətirək

Yerüzünə, cahana.

Türklük üçün çalışaq,

Başqa nə məqsəd daha

Bizə gərəklidir ki?!

Göy tanrının ruhu var

Şahı-mərdanımızda,

Onun eşqi bəs edər

Türkə, Turanımıza…

 

İsmim Elşəndir mənim,

Soyum İsmayıl soyu,

Ruhən Dərviş, Şamanam,

Türklük üçün yanaram

Hər an, hər bir zamanda,

Düşmən ağlar, aman da

Diləyər adım üçün…

 

Varam Azərbaycanım,

Bir də Turanım üçün,

Dua təki söylərəm

Əlim Göyə, günbəgün:

– Türkü qoru, ey Tanrı,

Qoru, ucalt ki, hər an

Göy bayraqla durmadan

Sənin üçün çalışıb

Sülhü bərqərar etsin,

Zalımları məhv edib

Məzlumları yaşatsın!…

 

11.01.2018

 

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s