ANACAN, MƏNİ BAĞIŞLA!

ANACAN MƏNİ BAĞIŞLA

ANACAN, MƏNİ BAĞIŞLA!

 

(Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən “Aprel döyüşləri” şəhidlərinə həsr olunur…)

 

Uşaqdım, bilməzdim qayğı-qadanı,

Ciddiyə almazdım heç bir insanı,

Mənə ki həyatı sən öyrətmisən,

Səninlə dərk etdim mən Yaradanı…

 

Kiçik əllərimi açdım göyə mən,

Gözlərim yumaraq “uçdum” göyə mən.

O vaxt ki həyatı anladım, ana,

Öyüdünlə nurlanıb “saçdım” göyə mən…

 

Dedin ki, tez böyü, ay igid balam,

Sən səs ver vətənə, “hay” igid balam.

Vətəni sevmək də Tanrıdan gəlir,

Ol Qutlu Ülküyə pay, igid balam!

 

Böyü və əsgər ol, yürü səngərə,

Qoru bu vətəni, qalxış sipərə.

Həyatda ən ali zirvə vətəndir,

Onunçün çalış sən, güc ver təpərə…

 

Nə dedin elədim, anacan, inan,

Uydum öyüdünə sonacan, inan!

Böyüdüm, geyindim əsgər paltarın,

Hazırdım verməyə Ona can, inan…

 

O – vətən hər şeydən müqəddəs olub

Mənimçün, gözlərim yağmur tək dolub

Onunçün, çalışıb vuruşmuşam mən,

O vətən eşqini qəlbimə salıb…

 

*** *** ***

 

Keçən ay yazmısan, bala, necəsən?!

De, nələr edirsən gündüz-gecə sən?!

Gələn ay bacının toyu olacaq,

Mümkündür gələsən, sonra gedəsən?!

 

Axı onun bircə qardaşı sənsən,

İstəyir gələsən, deyib-güləsən.

Toyunda qol açıb oyna ki, görsün,

Onun şad gününə sən sevinirsən…

 

Anacan, bağışla, gələ bilmərəm,

Bacımla oynayıb gülə bilmərəm.

Nə qədər istəsəm üzündən öpüm,

Kövrələn gözünü silə bilmərəm…

 

İstərəm yanında olum hər zaman,

Səninçün, onunçün darıxdım yaman,

Ürəyim sıxılır, dözə bilmirəm,

Bu tale bizlərə nə etdi, aman…

 

Anacan, məni bağışla, nə olar,

Gələ bilməyəcəm heç gələn bahar.

Yoxsa çox istərdim həlim, bir ağac

Əkim mən atamla alma, armud, nar…

 

İstərdim ki, yenə uşaq olum mən,

Dizində uyuyub yatıb qalım mən.

İstərdim ki, qucum isti qoynunu,

Daima sizlərdən ol-zövq alım mən…

 

Nə edim, qucmağa əlim yoxdur ki,

Deməyə şirin söz dilim yoxdur ki.

Görməyə sizləri məhsun gözlərim,

Şəhidəm, bədənim, belim yoxdur ki…

 

Elşən İsmayıl

04.04.2018

 

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s