Sus, kamança, sus!

sus-kamança 1

Sus, kamança, sus!

(milli-fəlsəfi şeir)

 

Vətən üçün hər sahədə çalışan, can qoyan, ömrünü bu eşq uğruna fəda edən hər kəsə…

Daha bezdim dinləməkdən,

Görmək istəmirəm səni!

Kor olmuşam gözləməkdən,

Vətən yolun qəmli-qəmli…

Sus, kamança, sus da nolar,

Sus ki, rahat nəfəs alım.

Sus da, yoxsa qəlbim solar,

Qərar ver sən, ölüm, qalım?!

Axı ürək dözmür sənə,

Göz yaşlarım gilə-gilə

Axır, batıram mən qəmə,

Sus, gözlərim gəldi dilə!

Ağlamaqdan bezdi millət

Neçə ildir qəm səsinə,

Bəsdir daha dözdü millət

Zalım fələk hiyləsinə!

O fələk ki torpağımı

Alıb məndən qarış-qarış,

Sən sus ki gəl bu ahımı

Nolar, bitirməyə çalış…

Sus, səslənmə sən yanvarda,

Fevral səni dinləməsin!

Martda qalmayaq azarda,

Çalma yurdun Şikəstəsin!

Salma yada ötənləri,

Boğma məni qəm içində!

Gedənləri, bitənləri

Qoy unudum öz içimdə…

Yaddaşımda Qarabağım,

İrəvanım, Borçalım var,

Daha enibdi bayrağım,

Can Təbrizim qan ağlayır…

Kərkükümü unutmadım,

Can qardaşım Türkmənimi

Yada salıb addım-addım,

Lənətlədim düşmənimi…

Tehranımdan varmı xəbər?!

Yaddan çıxmaz Xorasanım,

Türküstana salın xəbər,

Bu dərd ilə ağrar canım…

*** *** ***

Mən demirəm tariximi,

Kimliyimi unudum qoy,

Deyirəm ki, kədərimi

Sevincimlə yox edim qoy…

Tara, saza, nağaraya,

Zurna, balaban, qopuza

Bir xəbər sal, gələn aya

Hazırlaşaq biz Novruza…

Qoy səslənsin Cəngi səsi,

Hazırlaşaq biz savaşa,

Gəlsin düşmən zingiltisi,

Qataq torpağı biz daşa…

Duyaq Türkün haqq səsini,

Geyək döyüş paltarını,

Azərbaycan ölkəsini

Birləşdirək, torpaqları…

Farsı, rusu, hayı yenib

Yürüyək biz Savalana,

Türk ellərin birləşdirib

Salam deyək biz Turana!

 

Elşən İsmayıl

Gənc ədib və kino insanı

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s